Putin Suriyaya görə generalları TOPLADI

  • By admin
  • 26 Fevral 2018 18:00

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

Gununsesi.info xəbər verir ki, V.Putinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, görüş zamanı Suriyada, Şərqi Qutadakı vəziyyət müzakirə olunub.

İclasda parlamentin hər iki palatasının spikeri – Valentina Matvienko və Vyaçeslav Volodin, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, həmçinin Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin iştirak ediblər.

“Şərqi Qutadakı vəziyyət müzakirə olunub. Terrorçuların davam edən təxribat xarakterli fəaliyyətləri ilə bağlı narahatlıq ifadə olunub… BMT Baş Assambleyasının ötən gün qəbul etdiyi 2401 nömrəli qətnamənin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – deyə Peskov vurğulayıb.

Gununsesi.info