Putin təcili iclas keçirdi- Azərbaycan-Ermənistan döyüşləri ilə bağlı

  • By admin
  • 18 İyul 2020 12:26

Rusiya prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki,  bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Sözcünün bildirdiyinə görə,  Putin və Şura üzvləri Tovuz istiqamətində baş verən döyüşlərdən həddindən artıq narahat olub.

Rusiya prezidenti tərəflərin atəşkəs rejiminə təcili ehtiyacının olduğunu bildirib.  

Peskov Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə olunduğunu və Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib.

Gununsesi.org