Putin təyyarə qəzasında həlak olacaqdı… – İsrail mediası ilginc hadisəni yazdı

  • By admin
  • 03 Dekabr 2019 15:26
Şoyqunun uçağı isə Bişkek əvəzinə, Almatıda eniş etməli olub…
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin uçduğu təyyarə enişdə ciddi çətinliklərlə üzləşib.
 
Gununsesi.org-un məlumatına görə, hava gəmisinin heyəti möcüzəvi şəkildə Qırğızıstan paytaxtına enməyə müvəffəq olub. Olay noyabrın 28-də baş versə də, bu barədə  məlumat KİV-ə yalnız bu gün səhər saatlarında sızıb.
Qırğızıstanda eniş zamanı uçuş bağlantısını xeyli çətinləşdirən güclü duman olub. Mülki reyslərin əksəriyyəti digər hava limanlarına yönəldilib. Putinin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə gəlməsi lazım idi. Enişdən əvvəl hava hər on dəqiqədən bir dəyişib, eniş zamanı isə gözlənilmədən pisləşib və uçuş zolağı görünməz olub.  Odur ki, Bişkek üzərində bir ehtiyat dairə vurduqdan sonra “İL-96”-nun pilotu, hava limanına təyyarəni sözün əsl mənasında hissiyatıyla endirib.
Putinin uçduğu modernləşdirilmiş “İl-96” təyyarəsi…
O da qeyd ediilir ki, Rusiya Müdafiə naziri S.Şoyqunun təyyarəsi Bişkek üzərində əlavə dairədən sonra da eniş edə bilməyib və Qazaxıstanda -Almatı hava limanında enməli olub.

Xəbər Moderator.az saytında dərc edilib.