“Putin Türkiyənin qədrini bilsin, çünki…” - POLİTOLOQ

  • By admin
  • 10 Oktyabr 2016 10:38

Elxan Shahinoglu

“Rusiya prezidenti Vladimir Putin Türkiyənin qədrini bilsin. Ukrayna və Suriya siyasətinə görə Putini bir Qərb dövləti səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanı boğur”.

Gununsesi.info-nun məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, Putin isə nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaq, həm də İstanbulda keçirilən böyük enerji konfransında çıxış  edəcək.

Onun sözlərinə görə, Putinin bu cür tribunaya ehtiyac var.

“İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Məncə, Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var”-deyə, politoloq sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info