Putin Ukraynanı 3 günə ələ keçirəcəyini gözləyir - Rus əsir - VİDEO

  • By admin
  • 02 Mart 2022 18:59

Könüllü təslim olan rus hərbçilərindən biri bildirib ki, Putin 3 günə Ukraynanı ələ keçirəcəyini gözləyir. 

Gununsesi.info xəbər verir ki, o, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan videoda bildirib.

“Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. 3 günlük su və yemək götürdük. 3 günə düşərgəyə qayıtmalı idik” – rus əsir deyib.

Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb. Ailələri ilə əlaqə saxlamağa icazə verilməyib.

Ukraynalılar məhbuslara ilkin tibbi yardım göstəriblər və yeməklə təmin ediblər. Əsir ruslar müharibəni dayandırmağa, savaşa etiraz etməyə və Rusiyanın təbliğatına inanmamağa çağırıb.

Gununsesi.info