Putin və Köçəryan arasında telefon danışığı oldu

  • By admin
  • 28 Dekabr 2020 11:34

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info “Aysor.am”a istinadən xəbər verir ki, bunu eks-prezident aparatının rəhbəri Viktor Soqomonyan açıqlayıb.

Lakin o, telefon danışığının detalları ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Xatırladaq ki, 17-20 dekabr tarixlərində Köçəryan Moskvada xüsusi səfərdə olub.

Gununsesi.info