Putin və onun valideynlərinə söyüş işlədən şəxsə münasibət bildirildi - GÜRCÜLƏRİN BƏDBƏXTÇİLİYİ

  • By admin
  • 08 İyul 2019 18:04

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

Gununsesi.org-un xəbərinə görə, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.

 “Gürcülərin bədbəxtçiliyidir…”, – deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

Gununsesi.org