Putin Volodinin spiker olmağını təklif etdi

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 21:41

download-6

 

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının deputatlarına Kreml administrasiyasının birinci müavini Vyaçeslav Volodinanın parlamentin alt palatasının spikeri postuna namizədliyini dəstəkləməyi təklif edib.

Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Putin Dövlət Dumasına seçkilərlə bağlı partiya liderləri ilə görüşündə bildirib.

Qeyd edək ki, V. Volodin 2011-ci ilin dekabrında prezident administrasiyasının birinci müavini vəzifəsinə təyin olunub.

 

Gununsesi.info