Putindən tələb edəcəm ki… – Poroşenko

  • By admin
  • 23 İyul 2017 18:25

putin
“Normand” formatında aparılacaq danışıqlar zamanı Rusiyadan tələb edəcəm ki, cəbhədə atəşkəsə riayət edilsin.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Əgər atəşkəs tələbinə əməl edilməsə, Böyük Yeddiliyin sammitində Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəyəcəm”, – Poroşenko qeyd edib.

Qeyd edək ki, 24 iyulda Poroşenko-Putin-Merkel-Makron arasında telefon danışığı baş tutacaq. Tərəflər Donetsk böhranını müzakirə edəcəklər.

Gununsesi.info