Putinin ən yaxın adamının qızının Türkiyə sevgisi - "BURA MƏNİM VƏTƏNİMDİR" - FOTOLAR

  • By admin
  • 13 May 2017 10:37

 

peskovun qizi2

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskovun qızı Yelizaveta (Liza) Peskova Türkiyə barəsində söhbət düşəndə “Türkiyə mənim üçün Rusiya qədər vətənim sayılır” deyir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Liza Peskova hətta Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dönəmdə belə bu ifadələri işlədib. Və özünü “Türkiyə aşiqi” kimi təqdim edə bilib.

Liza Peskovanın Türkiyəni özünə vətən hesab etməsi də əbəs deyilimiş. Çünki Liza Ankarada dünyaya göz açıb və Türkiyəni öz vətəni hesab edir. Onun babaları türkoloq olub. Liza fəaliyyətini bununla bitirmir. Liza Türk-Rus dostluq qrupunun  yaradıcılarından və bu qurpda aktiv fəaliyyət göstərənlərdəndir.

İHA-nın verdiyi məlumata görə, Putinin mətbuat katibinin qızı Liza Peskova Rusiya-Türkiyə münasibətlərinin daha irəli aparılması və dostluğu adına Antaliyada təşkil olunacaq “Dosso Dossi Fashion Show”da iştirak edəcək.

İyunun 8-13-də keçiriləcək şouda iştirak edəcək ünlülər sırasında Lizanın da adı var və o, bir həftə Antalyada olacaq. Liza Antalyada olduğu müddətdə turizm və moda, geyim sektorunun təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək.

Liza hətta şouda iştirakı ilə bağlı sosial mediada türkcə mesajlar paylaşmaqdadır. O “Merhaba Türkiyə” deyərək Antalyaya gələcəyi ilə bağlı türkcə mesajlar yazmaqda davam edir.

peskovun qizi5

peskovun qizi

peskovun qizi3

peskovun qizi4

Gununsesi.info