Putinin İlham Əliyevlə görüşü gözlənilir

  • By admin
  • 13 Sentyabr 2022 21:53

Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

O bildirib ki, Rusiya Prezidenti sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan əlavə, Rusiya dövlət başçısının İran, Qırğızıstan, Türkmənistan prezidentləri, eləcə də Hindistan və Pakistanın baş nazirləri ilə görüşləri planlaşdırılır.

Gununsesi.info