Putinin təklif etdiyi 7 dəyişiklik bunlardır

  • By admin
  • 15 Yanvar 2020 16:42

Prezident Vladimir Putin bu gün Federal Məclisə müraciətində Rusiya Federasiyasının yeni Konstitusiyasını qəbul etməyi lazım saymadığını bildirib. 

Gununsesi.org-un “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla birlikdə, o, ölkənin Əsas Qanununa yeddi düzəliş, eyni zamanda düzəlişlər paketinə görə səsvermə keçirilməsini təklif edib.

“Hesab edirəm ki, belə bir ehtiyac (yeni Konstitusiya qəbul etmək –red.) yoxdur. 1993-cü ildəki əsas qanunun potensialı tükənməyib”, -deyə Putin bəyan edib.

Məlumata görə, Putinin düzəlişlərə təklif etdiyi 7 dəyişikliyə bunlar daxildir:

Rusiya ərazisində Konstitusiya beynəlxalq hüquqdan üstün olmalıdır;

Dövlət Duması Baş Nazirin namizədliyini təsdiqləmək hüququ almalıdır (Prezidentin hələ də Baş Naziri vəzifəsindən azad etmək hüququ olacaq) və Dövlət Duması da Baş Nazir müavinləri və Federal Nazirlərin namizədlərini təsdiq edə biləcək;

Ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib mövqe tutan şəxslərin (nazirlər, hakimlər, bölgə rəhbərləri) xarici vətəndaşlığı, başqa ölkələrdə yaşamaq icazəsi olmamalıdır;

Prezidentliyə namizəd ən azı 25 il Rusiyada yaşamalı və xarici vətəndaşlığı olmamalıdır; 

Federasiya Şurası Prezidentə federal hakimləri işdən çıxarmaq təklifini edə biləcək;

Bəzi hallarda Federasiya Şurası, Prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin hakimlərini vəzifədən kənarlaşdırmaq hüququna sahibdir; 

Hüquq- mühafizə orqanlarının rəhbərləri Federasiya Şurası ilə razılaşdırılaraq Prezident tərəfindən təyin edilməlidir.

Bu məqamda bildirək ki, V. Putin 2000-ci ildən ölkənin Federal Məclisinə müraciətlə çıxış edir. İndiyə kimi ən uzunmüddətli çıxış 2018-ci ildə qeydə alınıb. Bugünkü müraciət isə 1 saat 12 dəqiqə davam edib.

Gununsesi.org