Putinin yaxın adamı qətlə yetirildi

  • Müəllif: admin
  • 28 Dekabr 2016 11:57

putin-maraqli-300x225

Rusiyada növbəti sui-qəsd hadisəsi baş verib.

Gununsesi.info-nun Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, son 10 gün ərzində Rusiyada sayca beşinci sui-qəsd hadisəsi qeydə alınıb.

Növbəti sui-qəsd hadisəsi isə Kremlin  “qara qutusu” kimi tanınan məşhur iş adamı Oleq Erovinklə bağlı olub.

Belə ki, o, avtomobilində ölü tapılıb.

Hələlik onun qətlinin səbəbi və qatilin kimliyi bilinmir.

Qeyd edək ki,  Rusiya kəşfiyyatının keçmiş generalı olan Erovink Kremlin “sirlərinin qoruyucusu” kimi tanınırdı.

Anar

Gununsesi.info