Putinlə gizli eşq yaşanan Alina Kabayeva öz SİRLİ ŞƏXSİ HƏYATINDAN DANIŞDI - FOTOLAR

  • By admin
  • 21 Oktyabr 2017 11:06

alina-kabaeva-i-putin-03

Rusiya prezidenti Vladimir Putinlə gizli eşq yaşandığı deyilən rusiyalı gimnast Alina Kabayeva öz sirli şəxsi həyatı barədə mətbuata açıqlama verib.

Gununsesi.info xəbər verir ki, passion.ru-ya açıqlama verən Alina Kabayeva övladı olması barədə yayılan məlumatları inkar edib.

Kabayeva şəxsi həyatı barədə cəmiyyətə hanısa məlumat vermək niyyətində deyil: “Ona görə də bu barədə nəyisə öyrənməyə cəhdlər mənasızdır və kimsəyə şəxsi həyatımla bağlı müdaxiləyə imkan vermirəm. Mən şəxsi həyatım barədə kimsəyə nəsə demirəm. Çünki bu mənim həyatımdır və bunun kimsəyə aidiyyatı yoxdur”.

Gimnast əlavə edib ki, şəxsi həyatından başqa, peşəkar fəaliyyəti və digər işləri ilə bağlı nə istəsələr deyə  bilər: “Şəxsi həyatımla bağlı isə sadəcə onu deyə bilərəm ki, mənim övladım yoxdur. Bax, bu həqiqətdir”.

O Putinlə münasibətlərinə də aydınlıq gətirmək niyyətində olmadığını da  dilə gətirib.

Kabayeva  Putinin də iştirak etdiyi Kreml Sarayında İosif Kobzonun 80 illik yubiley mərasiminə qatılıb.

nintchdbpict000270816928

1487361103_putin-i-kabaeva-poslednie-novosti-7

Gununsesi.info