“Putinlə Tramp hərbi qarşıdurmaya imkan verməyəcək” - LAVROV

  • By admin
  • 20 Aprel 2018 12:08

“Vladimir Putin və Donald Tramp Rusiya-ABŞ hərbi qarşıdurmasına imkan verməyəcəklər”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya seqodnya” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hər iki prezident öz xalqları tərəfindən seçilmiş liderlərdir, onlar xalqları qarşısında sülh və əmin-amanlığa cavabdehdirlər.

S.Lavrov Donald Trampın Vladimir Putini Ağ evə dəvət etməsi məsələsinə də münasibət bildirib: “Donald Tramp telefon danışığı zamanı Vladimir Putini Ağ evə dəvət edib. Cavab səfəri zamanı da görüşməkdən məmnun olacağını bildirib. Belə bir görüşə hələlik hazırlıq getmir. Lakin Rusiya prezidenti bu görüşə hazırdır”.

S.Lavrov Şimali Koreya və Cənubi Koreya liderlərinin, həmçinin Donald Trampın Kim Çen Inla görüşünü şərh edərək deyib ki, Rusiyanın bu hər hansı təşəbbüs irəli sürməli olduğunu düşünmür: “Biz iki Koreya dövləti liderləri arasında apreldə baş tutacaq görüşü, həmçinin may-iyun aylarında nəzərdə tutulmuş Tramp-Kim Çen In görüşünü alqışlayırıq”.

Gununsesi.info