PYD-nin liderlərindən biri sosial şəbəkədə paylaşımı ilə ÖZÜNÜ RÜSVAY ETDİ (FOTO)

  • Müəllif: admin
  • 25 Yanvar 2018 16:46

PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlılarının liderlərindən Salih Müslim sosial şəbəkədə paylaşımı ilə özünü rüsvay edib.

Gununsesi.info teleqraf.com-a istinadən xəbər verir ki, o, yaralı uşaqların fotosunu paylaşaraq, “Türkiyə qətliam törədir” ifadəsini işlədib.

Ancaq sosial şəbəkə istifadəçiləri fotonun Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən 2014-cü ildə Şərqi Quta bölgəsinə hücum zamanı çəkildiyini bildiriblər.

Bundan sonra Salih Müslim paylaşımını silib.

Gununsesi.info