PYD-yə kəşfiyyat dəstəyi dayandırıldı?

  • By admin
  • 27 Avqust 2016 13:03

79206ace5f7e3f31668e27d9457a1af6

ABŞ PKK-nın Suriyaqolu PYD-nin silahlı qanadı YPG-yə Menbic şəhərindən çıxaraq Fərat çayının şərqinə çəkilmə təlimatı verib, həm də silah və kəşfiyyat dəstəyini dayandırıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə İsrail kəşfiyyatına yaxın “Debka” saytı xəbər yayıb.

ABŞ-ın vitse-prezidenti Co Bayden YPG-nin Fəratın şərqinə çəkilməsi barədə təlimat verdikdən sonra ABŞ-ın Suriya və İraqdakı qüvvələrinin komandanı, general Steohen Tounsend YPG qüvvələrinə təlim keçən amerikalı əsgərlərin də bazalarına dönməsini əmr edib.  ABŞ PYD lideri Salih Müslümə YPG-nin Fəratın şərqinə çəkilməsi prosesi başa çatdıqdan sonra kəşfiyyat və silah dəstəyinin bərpa olunacağını bildirib.

Bu arada YPG-nin rəhbərliyindəki bəzi şəxslərin Türkiyə ordusuna müqavimət göstərmək üçün Fərat çayının qərbində qalmaq barədə qərar qəbul etdiyi barədə xəbərlər yayılıb.  İranda Mosul şəhərinin azad edilməsi üçün ABŞ tərəfindən təlim keçilən kürd döyüşçülərin də Vaşinqtonun YPG ilə bağlı son qərarını etirazla qarşıladığı deyilir.

Gununsesi.info