Qəbələ hava limanı Kutaisi hava limanı ola bilərdi - BƏXTİYAR HACIYEV YAZIR

  • By admin
  • 26 İyun 2019 17:57

Tanınmış gənc fəal Bəxtiyar Hacıyev bu dəfə AZAL rəhbərliyini tənqid edib.

Gununsesi.org-un xəbərinə görə, AZAL-ı monopoliyada günahlandıran B.Hacıyev Azərbaycanı Gürcüstanla müqayisəedib.

O, yazır:

Qəbələ hava limanı Kutaisi hava limanı ola bilərdi. Təkcə Kutaisidən(!), təkcə Wizzair(!) ilə yeni(!) 12 xətt açılır. Gürcüstan vətəndaşları təkcə Wizzair ilə, 19 ölkənin 39 şəhərinə (özü də vizasız!) 150-200 manatlıq biletlərlə uçurlar, bu 39 şəhərdən hər gün 20 təyyarə turist gəlir ölkəyə. Hələ Kutaisidən W9, Ural Airlines, LSA kimi başqa hava yolları, Tiflisdən isə bu gecəyə qədər 18 fərqli şirkətin 23 şəhərə uçuşu olacaq. Bakıdan isə indidən gecəyə 10 şirkətin 20 uçuşu, onların da bəziləri Dubay, İstanbul kimi eyni şəhərə təkrar uçuşlar.

AZAL isə monopoliyasını saxlayır, ən normal reysi Nyu-York Bakı reysini ləğv edir. İllər əvvəl açıb, aylarla boş uçurduqdan sonra bağladığı Dehli reysini bu gün yenə açıb.

Azərbaycan gəncliyi Qəbələdən 150 manata Dubrovnik, İqomenitsa, Barselona sahillərində təmiz dənizdə üzüb, istirahət etmək əvəzinə, uçuşlardan məhrum edilib, 3 günlük tədbirə getmək üçün də bir ton sənəd yığır, xərc çəkir, axırda da vizadan imtina alır. Üstəlik, Bakıda p..lu (pullu) dənizə girmək üçün hansısa biznesmenə dənizə giriş pulu verməyə məcbur olub.

Bəxtiyar Hacıyev