“Qəbələ”, “Zirə” və “İnter”in rəqibləri bəlli oldu

  • By admin
  • 19 İyun 2017 19:08

qebele

 

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu yarışda ölkəmizi üç komanda təmsil edəcək. “Zirə” və “İnter” I, “Qəbələ” II təsnifat mərhələsindən yarışa qatılacaq.

Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq ki, onlar da püşkdə 50 cütlük təşkil edib.

“İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. “Zirə” isə ilk oyunu evdə keçirəcək. Qəsəbə klubu Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq.

Ardınca 50 cütlük və 16 klub növbəti püşkatmada iştirak edib. Burada 33 cütlük yaranıb. Yarışa II təsnifat mərhələsindən başlayan “Qəbələ” “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub. “Mladost” – “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) – “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.

 

Gununsesi.info