“Qəbələ” “Zirə”ni məğlub etdi

  • By admin
  • 12 Oktyabr 2019 19:10

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “Zirə” və “Qəbələ” komandaları yoxlama matçında üz-üzə gəliblər.

Gununsesi.org xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Zirə” hazırda turnir cədvəlində 8 xalla beşinci, “Qəbələ” isə 5 xalla 7-ci yerdə qərarlaşıb.

 

 

 

Gununsesi.org