Qəbələdə güclü külək evlərə ziyan vurdu

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 20:35

1480707014_kulek-kulekli-hava
Qəbələdə güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görüblər.

Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.

Əməliyyat saat 16:20-də başa çatıb.

 

Gununsesi.info