Qəbələdə yanğın olub

  • Müəllif: admin
  • 29 Aprel 2017 07:30

yanginn

Qəbələ rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə, içərisində yığılmış 2 ton ot bağlamasının 1 tonu və 300 kq arpa yanıb.

Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info