Qəbul imtahanının nəticəsi açıqlandı

  • By admin
  • 29 May 2019 17:09

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin, V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib. 

DİM-dən Gununsesi.org-a verilən xəbərə görə, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.