Qədim ənənəyə sadiq qalan yaşayış məkanı - FOTOLAR

  • Müəllif: admin
  • 22 Dekabr 2017 12:26

Qədim zamanlardan fərqli olaraq müasir insan yaşayış məkanını daha əlçatan, rahat bir yerdə salmağa çalışır. Lakin dünyada elə yaşayış məkanları var ki, insanlar qədim ənənəyə sadiq qalaraq yaşayış məkanlarını uca zirvə başında əlçatmaz yerlərdə tikirlər. Belə bir yaşayış məkanı Yəməndə hələ də mövcuddur.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yəmənin cənubunda Vadi Davan qəsəbəsi görənləri şoka salır.

Yəmənlilər bu ərazini “Huş” adlandırır. Huş deyilən bu ərazi yüksək dağ zirvələri ilə əhatə olunub. Hansı ki, türklərin bu bölgə ilə bağlı bir məhşur mahnısı da var: “Burası huşdur, yolu yoxuşdur”.

Yəmənlilərin Huş dediyi bu bölgədə Vadi Davan qəsəbəsi evlərini 150 metr hündürlüyündəki təpənin üstündə tikiblər. Evlərin belə zirvələrdə tikməsinə səbəb özlərini qarətçilərdən qorumaq olub.

Yəməndə belə yaşayış məskənləri bir neçə yerdə var. Yəmənin cənubunda Vadi Davan kimi Şibam kimi dağ zirvəsində tikilən şəhər də mövcuddur.

Gununsesi.info