Qənirə Paşayeva: “AŞPA buna biganə yanaşmamalıdır”

  • By admin
  • 10 Oktyabr 2016 17:59

qanire

“AŞPA Liberal Qrupun toplantısında Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə çıxardığı qərarın bu günə qədər yerinə yetirilməməsi məsələsini qaldırdım”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

O, vurğulayıb ki, həmin qərar artıq yekun qüvvəyə minib və onun icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir.

“Çıxışım zamanı bildirdim ki, xeyli zaman keçməsinə baxmayaraq, bu günə qədər Ermənistan Avropa Məhkəməsi qərarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb və AŞPA buna biganə yanaşmamalıdır”-deyə, Q. Paşayeva qeyd edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info