Qənirə Paşayeva Mavritaniyanın prezidenti xanım Ameenah Guriblə görüşüb - FOTO

  • By admin
  • 09 Yanvar 2018 11:54

Millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti xanım Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşündə Qarabağ həqiqətləri  haqqında danışıb.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Q.Paşayeva Mavritaniyanın prezidenti prof. Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Mavritaniyanın prezidenti prof. Ameenah Guribə və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vegaya 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Millət vəkili Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda Mavritaniya prezidenti prof. Ameenah Guribə və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vegaya Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Gülnaz Qənbərli

Gununsesi.info