Qənirə Paşayeva: “Srebrenitsada, Xocalıda törədilən soyqırımlardan modern dünya ciddi bir dərs almadı”

  • By admin
  • 11 İyul 2016 17:22

sereb

 

“11 iyul 1995-ci il ildə modern dünyanın gözü önündə Srebrenitsa soyqırımı törədildi. İnsanlıq əleyhinə bu dəhşətli cinayət modern dünyanın ən böyük utanclarından biridir”.

Gununsesi.info xəbər verir ki,bunu millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, Srebrenitsa soyqırımını unutmadıq və heç bir zaman unutmayacağıq. “Srebrenitsa soyqırımına məruz qalmış bütün insanları rəhmətlə anırıq. Təəssüf ki, Srebrenitsada, Xocalıda törədilən soyqırımlardan modern dünya ciddi bir dərs almadı və təəssüf ki, bu gün dünyanın bəzi bölgələrində insanlıq əleyhinə işlənən cinayətlərin şahidi oluruq”-deyə, o, daha sonra qeyd edib.

 

ganira_pashayeva_180215_1

 

Gununsesi.info