Qərənfil Əhmədova İŞDƏN ÇIXARILDI – FOTO

  • By admin
  • 26 May 2021 12:27

Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.

O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi

Gununsesi.info