Qəribə olay - MARAL MARKETDƏN “BAZARLIQ” ETDİ (FOTOLAR)

  • Müəllif: admin
  • 18 Dekabr 2017 17:50

Kolorida ştatında çox qəribə hadisə baş verib. Səhər saatlarında ana bir maraq marketə girərək cipsi və içki rəflərini gəzməyə başlayıb.

Gununsesi.info  xarici mətbuata istinadən xəbər verir ki, marketə girən maral dükan sahibini ilk olaraq çaşqın vəziyyətə salıb.

Market sahibi Lori Jones deyb ki, maral əvvəlcə dükanı gəzib və onun ac olduğunu düşünüb ona şokolad verib. Daha sonra isə maralı dükandan çıxarıb.

L.Jones bildirib ki, yarım saatdan sonra daha bir qəribə hadisə baş verib: “Həmin maral ailə üzvləri ilə birlikdə marketə gəliblər. Yəqin şokolad xoşuna gəldiyindən bütün ailə üzvlərini gətirib. Öncə ana maraq dükana girdi. Digər ailə üzvləri qapıda gözləyirdi. Sanki içəri girmək üçün icazə istəyirdilər. Mən onlara içəri girməklərinə icazə vermədiyimdən onlar da içəri daxil olmadılar. Bu mənim üçün həm komik, həm də gözəl bir duyğu idi”.

Gununsesi.info