Ərəb ölkələri bir-bir Qətərlə diplomatik əlaqələri kəsir

  • Müəllif: admin
  • 05 İyun 2017 11:58

qeter

Qətər 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Doha ilə əlaqələrini kəsməsindən, təsdiqini tapmayan məsələlərlə bağlı belə bir qərarın verilməsindən təəssüfləndiyini bəyan edib.

Gununsesi.info “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bəyanatda deyilir: “Biz əlaqələrin pozulması barədə verilən qərarlardan təəssüflənirik. Bu addımların arxasında heç bir ciddi arqument yoxdur  və irəli sürülən iddialar öz təsdiqini tapmayıb”.

Bununla belə Doha bəyan edib ki, ərəb ölkələri tərəfindən Qətərə qarşı tətbiq edilən qərarlar ölkə əhalisinin həyat tərzində hansısa formada təsir etməyəcək. Qətər bununla bağlı müvafiq addımlar atacaq.

Qeyd edək ki, 4 ərəb ölkəsi Qətəri terrorizmi dəstəkləməkdə, bölgədə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Doha ilə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.

Onu da nəzərinizə çatdıraq ki, Gununsesi.info “Sabanew”a istinadən xəbər verir ki, 4 ərəb ölkəsinin ardınca Yəmən və Liviya da Qətərlə diplomatik əlaqələrini pozub. Yəmən hökuməti Doha ilə əlaqələrinin pozulmasını şiə husistləri dəstəklədiyinə və ölkənin sabiq prezidenti Ali Abdalle Salehini devrilməsi ilə izah edib.

“Sky news arabia”nın verdiyi məlumata görə, Yəmənin ardınca Liviya da Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.

Gununsesi.info