Qətər körfəz ölkələri ilə bağlı hərəkətə keçdi

  • By admin
  • 09 İyul 2017 18:00

katar
Qətərin Baş prokuroru Əli bin Fəttais əl Marri ölkəsinə qarşı sanksiyalar tətbiq edən dövlətlərlə bağlı məhkəməyə müraciət ediləcəyini deyib.

Axar.az xəbər verir ki, baş prokuror verdiyi açıqlamada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin tətbiq etdiyi sanksiyalardan sonra meydana gələn zərərə görə hüquqi müstəvidə addım atılacağını söyləyib.

Diplomatik münasibətləri dayandıran ölkələrdən təzminat ala bilmək üçün komitə yaradıldığını deyən Marri, təzminat məsələsində yerli və beynəlxalq mexanizmlərdən yararlanacaqlarını bildirib.

Gununsesi.info