Qətər nəhəngindən Türkiyə ilə bağlı yeni addım

  • Müəllif: admin
  • 27 İyul 2017 22:49

doha7
Mərkəzi Dubay olan Qətərin “Abraaj” şirkəti bu il Türkiyədə daha bir investisiya həyata keçirəcək.

Gununsesi.info xəbər verir ki, şirkətin icraçı direktoru Ömər Syed məsələ ilə bağlı açıqlamasında bu günə qədər Türkiyəyə 1 milyard dollar sərmayə yatırdıqlarını və yaxın vaxtda yeni sərmayələrin yatırılacağını bildirib.

Syed Türkiyəyə daha iri həcmdə sərmayə yatırmağa imkanlarının olduğunu bildirsə də, nə qədər sərmayə yatırlacağı barədə məlumat verməyib.

Gununsesi.info