Qətər Türkiyədən yardım istədi

  • Müəllif: admin
  • 07 İyun 2017 14:05
images
Bir sıra ərəb ölkələri, xüsusən də qonşu ölkələr tərəfindən diplomatik əlaqələri pozulan Qətər  qida və su böhranının üzləşməməsi üçün önləyici tədbirlər görməkdədir.
Gununsesi.info  xəbər  verir ki, bu barədə Reutersə Qətər rəsmisi deyib. Qətər rəsmisinin sözlərinə görə, ölkəyə yük təyyarələri ilə qida və su gətirilməsi üçün Türkiyə  və İranla danışıqlara başlanılılıb.
Qeyd edək ki, Qətər indiyədək qida ehtiyacının böyük bir hissəsini Səudiyyə Ərəbistanı hesabına ödəyirdi.
Gununsesi.info