
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin-Abdülrəhman Əl-Sani Dohaya qarşı iqtisadi sanksiyaların davam etdirilməsi müqabilində “B” planına hazır olduğunu deyib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əl-Sani bildirib ki, hazırda “B” planı Türkiyə, Küveyt və Omman dövlətləri tərəfindən dəstəklənir.
Belə ki, hazırda İranın hava məkanından istifadə etməklə təyyarələr vasitəsi ilə ölkəyə müxtəlif adda məhsullar gətirilir.
Əl-Sani bildirib ki, heç bir ölkə bizim daxili işimizə qarışa bilməz.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan ediblər. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edirlər.
Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Krallığı Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıblar.
Anar
Gununsesi.info











