Qəzəbli fil festival sahəsini yerlə bir etdi - VİDEO

  • Müəllif: admin
  • 24 İyun 2017 13:07

03

Hindistanda keçirilən “Thrissur Ambalapura” festivalında dəhşətli anlar yaşanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, festival zamanı meşəlik ərazidən çıxan qəzəbli fil insanlara, avtomobillərə və motoskletlərə hücum edib.

Belə ki, motoskletə hücum edən fil nəqliyyat vasitəsini aşırıb. Güclə qaçıb canlarını qurtaran sürücü və sərnişin motoskletin necə məhv edildiyini izləməklə kifayətləniblər.

Sonradan filə verilən sakitləşdirici sayəsində nəzarət altına alıblar.

https://www.youtube.com/watch?v=6IutPt82560&feature=youtu.be

Anar

Gununsesi.info