
Bakıda, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin kimliyi bəlli olub.
Gununsesi.info-nun xəbərinə görə, “VAZ-2107”-də yanaraq ölən şəxslərdən avtomobilin sürücüsü – 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu və sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğluyla qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlunun olduqları müəyyən edilib.
Gülnaz Qənbərli
Gununsesi.info












