Qəzza zolağı sərhədində toqquşmalar - ölən və yaralananlar var

  • Müəllif: admin
  • 29 İyun 2018 22:43

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub.

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla  310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.

 İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.

Qeyd edək ki, bu ilin martında  fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.