Qaçqınlar qiyam qaldırdılar: işə xüsusi təyinatlılar müdaxilə etdi

  • By admin
  • 30 Sentyabr 2019 09:24

Yunanıstanın Lesbos adasındakı “Moria” qaçqın düşərgəsində kütləvi iğtişaşlar baş verib.

“RİA Novosti” xəbər verir ki, paytaxt Afinadan qiyamı yatırtmaq üçün xüsusi təyinatlı polis dəstəsi göndərilib.

Qaçqınlar adadan Yunanıstanın qitə hissəsinə köçürülmələrini tələb ediblər. Bunu tezləşdirmək üçün miqrantlar yaşayış konteynerlərinə od vurublar, yanğını aradan qaldırmağa gələn yanğınsöndürənlərə isə hücum ediblər.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və işıq-səs qranatlarından istifadə edib.

Konteynerlərin yanması nəticəsində iki nəfər həyatını itirib, daha 5 nəfər xəsarət alıb.

Gununsesi.org