
Təhsil almaq üçün Türkiyəyə gələn rusiyalı tələbələrə tətbiq olunan qadağa aradan qaldırılıb.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Təhsil Nazirliyinin Beynəlxalq departamentinin direktoru Nikolay Toyvonen qeyd edib ki, bir müddət rusiyalı tələbələrin Türkiyəyə getməsi ilə bağlə bəzi məhdudiyyətlər var idi: “Bunun səbəbi onların təhlükəsizliyinə təminat olmaması idi. Lakin turistlər üçün çarter uçuşlara icazə verildi. Buna görə də belə bir məhdudiyyət daha yoxdur”.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyə ilə Rusiya arasında baş verən “təyyarə böhranı” səbəbindən iki ölkə arasında münasibətlər gərgin vəziyyətə düşmüşdü. Hətta, Rusiya hökuməti təyyarəsinin vurulmasına görə, Türkiyəyə qarşı iqtisadi sanksiyalar da tətbiq etmişdi. Ancaq son zamanlar Türkiyə ilə Rusiya arasında münasibətlər düzəlməyə doğru gedir.
Anar
Gununsesi.info