Qadın güləşçilərimizdən ikisi ilk beşlikdə qərarlaşıb  - REYTİNQ

  • By admin
  • 07 Aprel 2017 10:20

unnamed (5)

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub.

Anar
Gununsesi.info