Qadın hərbi qulluqçularına şalvar geyinməyə icazə verildi

  • By admin
  • 03 Sentyabr 2016 14:47

qadin

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularına veriləcək kamuflyaj rəngli qış gödəkcəsi və qış şalvarının forması müəyyənləşdirilib.

Fərqlənmə nişanlarında isə dəyişiklik edilib.

Gununsesi.info