Qadın metroda yıxıldı - Ağır xəsarət aldı

  • By admin
  • 08 Oktyabr 2016 13:58

metro

Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.
Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Gununsesi.info