Qadın oğlunu bıçaqladı

Bakıda 60 yaşlı qadın oğlunu bıçaqlayıb.

Gununsesi.org-un məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Rahidə Səmədovova ailə münaqişəsi zəminində oğlu, 1986-cı il təvəllüdlü Ayaz Səmədovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org