Qadın paltarı ilə həbsdən qaçmaq istəyən məhbus həbs olundu

  • By admin
  • 12 May 2017 11:47

cezaevinden-kadin-kiyafetiyle-kacmaya-calisti,3vS4-1-6ukOaQMlE0gIIOA

Mərkəzi ABŞ-a bağlı dövlət olan Hondurasda filmlərə mövzu ola bilən hadisə baş verib. Belə ki, 55 yaşlı məhkum qadın paltarı geyinərək həbsdən qaçmağa çalışıb. Lakin kobud səsi və kişilərə xas yerişi onu ələ verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gülməli hadisə Hondurasın San Pedro Sula şəhərindəki həbsxanada baş verib. 2015-ci ildə həbs olunan Françisko Herrera Arqueta məhbusluq həyatından canını qurtarmaq üçün sarı parik, qara qadın eynəyi, saxta sinə, dekolte köynək və mavi yubka ilə özünü qadına bənzədib. Lakin onun cəhdi uğursuzluqla nəticələnib. Yüksək təhlükəsizlik xidmətinin fəaliyyət göstərdiyi cəza evindən saxta qadın şəxsiyyət vəsiqəsi ilə çıxmağa çalışan məhkum qalın səsi və kobud yerişi ilə özünü ələ verib. O, yenidən həbs olunub.

 

Gununsesi.info