“Parabank”ın məsələsinə bu gün baxılacaq

  • By admin
  • 30 Mart 2017 13:23
parabank
 
Bu ilin aprelindən ləğv olunmuş “Qafqaz İnkişaf Bankı” ASC-də qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq.
 
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının  sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə,  bu gün günün ikinci yarısında Palatanın Direktorlar Şurasının iclası gözlənilir:
“İclasda  “Parabank”-ın məsələsinə baxılacaq”.
O, deyib ki, “Parabank” qorunmayan əmanətlərini də ödəyib:
“Parabank” bank olmayan kredit təşkilatına çevrilməklə bağlı bizə müraciət edib. Çünki onun balansında əmanətləri qalmayıb. Hüquqi şəxslərin banklardakı 12 milyon manatlıq hesab qalıqlarını ödəyib. Qorunmayan əmanətlər təxminən 20 milyon manat idi.
Yəni, 32 milyon manat məbləğində kompensasiya olunmayan öhdəlikləri icra edib. Onun balansında qalmış kreditlər və səhmdarların qoyduğu vəsait imkan verir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərsin. Bankın lisenziyası geri alınanda onun 40 milyon manatlıq kapitalı var idi. Biz onun kapitalının tamamilə itirilməsini gözləmirdik”.
 
“Bank Standard” a gəldikdə isə R. Aslanlı deyib ki, burada vəziyyət başqa cür idi:
“Bu bank sistem əhəmiyyətli bank idi. Biz əlavə cəhdlər etdik. Dövlət əlavə inyeksiya etdi. Ola bilsin ki, biz orada qərarlar üçün ləngimişdik. Bu, faktdır”.
Mürtəza
Gununsesi.info