“Qalatasaray” Sneyder ilə yollarını ayırdı

  • By admin
  • 15 İyul 2017 22:59

snayder

“Qalatasaray” klubunun hollandiyalı futbolçusu Uesli Sneyder komandası ilə yollarını ayırıb.

Gununsesi.info xəbər verir ki, futbolçu ilə klubu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2018-ci ilin mayınadək İstanbul təmsilçisi ilə müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.

Sneyderin 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina etdiyi bildirilir. Futbolçu, həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 milyon avro təzminat ödəməyə razılıq verib.

Gununsesi.info