“Qalatasaray”ın keçmiş futbolçusu həbs olundu – FOTO

  • Müəllif: admin
  • 22 Sentyabr 2016 21:07

57e3f94218c7742678d23898

 

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində “Qalatasaray”ın keçmiş futbolçusu İsmail Demiriz həbs olunub.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, eks-futbolçu bu gün İstanbul Sülh Cəza Məhkəməsinə çıxarılıb. O, dindirildikdən sonra “Terror təşkilatına üzvlük” cinayət əməlinə görə həbs olunub.

Məhkəmədən çıxarkən jurnalistlərin sualını cavablandıran İ. Demiriz “Hər kəs arzusuna çatdı. Onları öz vicdanlarıyla baş-başa buraxıram. Məni bura zorla göndərmək istəyənlər artıq rahat yatsınlar” deyə bildirib.

 

Gununsesi.info