Qan donduran hadisə - TƏCAVÜZ EDİB ÇILPAQ FOTOLARINI ÇƏKDİ

  • By admin
  • 04 Dekabr 2017 20:08

Gununsesi.info xəbər verir ki, Türkiyənin İzmir şəhərində iyrənc olay baş verib.

Belə ki, 30 yaşlı Saim Onat adlı şəxs ondan ayrılmaq istəyən sevgilisi Y.Ç-yə yuxu dərmanı verərək təcavüz edib və onun çılpaq fotoşəkillərini çəkib. Hadisədən bir neçə gün sonra görüntüləri 24 yaşlı qızın özünə göndərən Onat ondan pul tələb edib, verməyəcəyi təqdirdə fotoları yayacağı ilə hədələyib.

Hadisədən sarsılan Y.Ç hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin mesajlarını sübut olaraq göstərib.

Saim Onat 13 il müddətində azadlıqdan məhrum edilib.

Gununsesi.info