“Qanun”dan oğurluq edənlər tutuldu

  • By admin
  • 07 Noyabr 2016 11:42

qanun

Bakıda oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə zərərsizləşdirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.

Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da “Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.

Qeyd edək ki, Vüqar Səlimov “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışır.

Gununsesi.info