Qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralandı

  • By admin
  • 09 Avqust 2022 13:00

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri – Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində xəsarət alıblar.

Gununsesi.info